Türkiyəli futbolçu “Başakşəhər”də - rəsmi
11.02.2025 - 22:56

Türkiyə Super Liqası təmsilçilərindən "Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Trabzonspor"dan Umut Güneşi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Başakşəhər" 24 yaşlı yarımmüdafiəçi üçün 2,3 milyon avro ödəyəcək.
Qeyd edək ki, Umut bu mövsüm "Trabzonspor"un heyətində iştirak etdiyi 15 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0