Türkiyəyə gəlmədi, Madriddə parıldadı – Lukmandan debütdə qol - VİDEO
06.02.2026 - 14:39
Türkiyəyə gəlmədi, Madriddə parıldadı – Lukmandan debütdə qol - VİDEO

Nigeriyalı futbolçu Ademola Lukman "Atletiko Madrid" formasıyla çıxdığı ilk matçda qol hesabını açıb.

Apasport.az xəbər verir ki, İspaniyanın “Atlétiko Madrid” klubunun yeni transferi Ademola Lukman ilk oyununu Kopa del Rey çərçivəsində “Real Betis”ə qarşı keçirib və 1 qol, 1 assistlə yadda qalıb.

"Atalanta"dan Madrid klubuna keçən Ademalo 37-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.

28 yaşlı hücumçunun adı qış transfer pəncərəsində Türkiyənin “Fənərbaxça” və “Qalatasaray” klubları ilə hallansa da, bu keçidlər reallaşmamış və o karyerasına La Liqada davam etdirmək istədiyini bildirmişdi.

Həmin qolu təqdim edirik: