"Udineze"dən Zaniolo qərarı: KOMANDADA QALACAQ
16.06.2026 - 15:22
"Udineze"dən Zaniolo qərarı: KOMANDADA QALACAQ

Nikolo Zaniolo karyerasını “Udineze”də davam etdirəcək.

Apasport.az xəbər verir ki, İtaliya klubu hücumçunun transfer hüquqlarını “Qalatasaray”dan alıb.

Ötən mövsümü icarə əsasında “Udineze”də keçirən futbolçu üçün müqavilədəki satınalma bəndindən istifadə olunub.

Zaniolo yeni klubu ilə 2029-cu il iyunun 30-dək müqavilə imzalayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl “İnter”, “Roma”, “Qalatasaray” və digər klubların formasını geyinib.