“Qalatasaray” azarkeşləri Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”a qarşı keçiriləcək səfər oyununa buraxılmayacaq.
Apasport.az xəbər verir ki, qurum “Qalatasaray” azarkeşlərinə səfər qarşılaşması üçün bilet satışını qadağan edib.
Klub həmçinin, 40 min avro məbləğində cərimələnib.
“Qalatasaray”ın cəzalandırılması azarkeşlərin fevralın 25-də Turində “Yuventus”a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda (əlavə vaxtdan sonra 2:3) qeydə alınan davranışları ilə bağlıdır.
Belə ki, Turin matçında “Qalatasaray” azarkeşləri meydana kənar əşyalar atıb, pirotexniki vasitələrdən istifadə edib və iğtişaş törədiblər.
Qeyd edək ki, “Liverpul”la ilk oyun martın 10-da Türkiyədə, cavab görüşü isə səkkiz gün sonra İngiltərədə keçiriləcək.