UEFA Superkuboku Rusiyadan alınacaq
20.05.2022 - 15:40
UEFA Rusiyaya qadağa qoymaqda davam edir.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu daha bir mötəbər matçı rusiyalılardan almağı planlaşdırır.
UEFA 2023-cü ildə Kazanda keçirilməsi qərara alınan Avropa Superkubokunun yerini dəyişməyi nəzərdən keçirir. Qurum hazırda gələn ilin avqustundakı həlledici matç üçün alternativ məkanları müzakirə edir. Bununla “Ak Bars Arena” UEFA Superkubokunun təşkil olunacağı ilk Rusiya stadionu olmaq şansını qaçıracaq.
Qeyd edək ki, UEFA Superkuboku Çempionlar Liqası və Avropa Liqasının son qalibləri arasında keçirilir.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0