"Krivbass" UEFA-dan Konfrans Liqasında "Betis"lə keçiriləcək ilk oyunun hakiminin dəyişdirilməsini tələb edib.
Apasport.az xəbər verir ki, Ukrayna təmsilçisi bununla bağlı qitə futbol qurumuna müraciət ünvanlayıb.
Ukraynalılar Arda Kardeşlərin başçılıq etdiyi türkiyəli hakimlər briqadasının Rusiya - Serbiya yoldaşlıq matçını idarə etməsindən narazıdırlar. "Krivbass"ın açıqlamasında Kardeşlərin Ukrayna klublarının oyunlarına təyinatının yolverilməz olduğu bildirilib.
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 22-də Koşisedə (Slovakiya), cavab matçı isə 1 həftə sonra Sevilyada olacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”