Ukraynalı futbolçu Mbappenin uğurunu təkrarlayıb
23.12.2024 - 12:54
İtaliya çempionatının 17-ci turu çərçivəsində “Roma” səfərdə “Parma” üzərində 5:0 hesablı qələbə qazanıb. Romalıların qollarından birini Artyom Dovbik vurub.
Apasport.azxəbər verir ki, ukraynalı hücumçu son iki mövsümdə Avropanın ən yaxşı 5 çempionatında 20 fərqli komandaya qol vuran ikinci oyunçu olub.
Bundan əvvəl hazırda “Real”da çıxış edən 26 yaşlı forvard Kilian Mbappe də eyni uğuru əldə etmişdi.
Dovbik 2024/25 mövsümünün ilk yarısında 22 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0