Ulduz reper italyan klubuna 36 milyon avro yardım edib
10.08.2024 - 15:53
Ulduz reper italyan klubuna 36 milyon avro yardım edib

Məşhur reper Dreyk İtaliyanın "Venezia" klubuna yüksək məbləğdə maddi yardım edib.

Apasport.az xəbər verir ki, buna A seriyası təmsilçisinin müflisin bir addımlığında olması səbəb olub.

Klubun şərikli sahiblərindən olan Bred Katsuyama yardım üçün ona müraciət edib. Klub qısa müddətdə 10, növbəti aylarda isə 30 milyon avro toplamalı olub.

Kanadalı reper şimali amerikalı investorları cəlb edərək 36 milyon avro tapmağı bacarıb. Venetsiya təmsilçisi bunun sayəsində borclarını ödəyə bilib.

0