Umtiti “Jirona”nın hədəfində
21.06.2022 - 10:56
“Barselona”nın futbolçusu Samuel Umtitinin karyerasını davam etdirə biləcəyi klub müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Jirona”ya keçə bilər.
La Liqaya qayıdan klubun rəhbərliyi təcrübəli arxa xətt oyunçusunun xidmətində maraqlıdır. Kataloniya təmsilçisi də bu keçidin əleyhinə deyil.
“Barselona” uzun müddətdir Samueldən qurtulmaq istəyir. Lakin onun zədələri və yüksək maaşı keçidə mane olub.
Qeyd edək ki, Umtiti Fransa klublarının da maraq dairəsindədir.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0