2026 FIFA dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina ilə İtaliya arasında keçirilən dramatik oyunda qəribə hadisə baş verib.
Apasport.az xəvər verir ki, əsas hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşan matçın penaltilər seriyasından öncə 14 yaşlı bosniyalı top toplayıcı Afan Cizmiç, İtaliya yığmasının qapıçısı Cianluici Donnarumma üçün hazırlanmış penalti qeydlərini oğurlayıb.
Afan Cizmiç açıqlamasında bildirib ki, kağızları götürməsi Donnarummanın işini çətinləşdirib:
“O kağız olmadan Donnarumma sadəcə instinktlərinə güvənməli idi. Mən də onu götürüb gizlətdim. Donnarumma kağızın olmadığını görüb axtardı, amma tapa bilmədi”.
Nəticədə Bosniya və Herseqovina rəqibinə 4:1 hesabı ilə qalib gələrək mundiala vəsiqə qazanıb.