Van Bronkhort: “Hazırda "Feyenoord"a rəhbərlik etməyi düşünmürəm”
13.02.2025 - 21:23
Van Bronkhort: “Hazırda "Feyenoord"a rəhbərlik etməyi düşünmürəm”

“Beşiktaş”ın sabiq baş məşqçisi Covanni Van Bronkhorst ölkəsi Niderlandda bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı verdiyi müsahibədə keçmiş klubu ilə haqqında çıxan şaiyələrə münasibət bildirib.

Təcrübəli mütəxəssis "Feyenoord"un planları daxilində olmadığını dilə gətirib:

“Feyenoord” ilə yaşadığım çempionluqlar hələ də mənim üçün unudulmazdır. Lakin komandaya qayıtmaq kimi bir fikrim yoxdur. Hazırda "Feyenoord"a rəhbərlik etməyi düşünmürəm”.

Baş məşqçi həmçinin klubdan ona təklif gəlib-gəlmədiyi haqqında məlumat verib:

“Xeyr. Belə bir təklif gəlməyib”.

Qeyd edək ki, hollandiyalı mütəxəssis 2015-19-cu illərdə “Feyenoord”a rəhbərlik edib. Komanda onunla birlikdə 1 liqa, 2 ölkə kuboku və 2 dəfə superkubokun qalibi olub.