Van Daykdan yeni rekord
18.11.2025 - 12:52
“Liverpul”un müdafiəçisi Vircil van Dayk Niderland yığmasının heyətində unikal nailiyyətə imza atıb.
Apasport.az xəbər verir ki, noyabrın 17-də Litva millisi ilə keçirilən və 4:0 hesabı ilə başa çatan dünya çempionatının seçmə oyunu Van Dayk üçün xüsusi əhəmiyyət daşıyıb.
O, Niderland yığmasında kapitan kimi 72-ci matçına çıxaraq rekorda imza atıb. Belə ki, Van Dayk 71 görüşdə kapitan olmuş Frank de Buru geridə qoyub.
O, hazırda millinin tarixində kapitan kimi ən çox meydana çıxan futbolçu statusunu daşıyır.
0
0