Van de Beek "Mançester Yunayted"ə qayıdacaq
16.04.2024 - 11:38
![Van de Beek "Mançester Yunayted"ə qayıdacaq](https://ww3.apasport.az/storage/news/2024/april/16/big/661e2a27cccef661e2a27cccf01713252903661e2a27ccced661e2a27cccee.jpg)
Yarımmüdafiəçi Donni van de Beek yayda "Mançester Yunayted"ə qayıdacaq.
Apasport.az xəbər verir ki, jurnalist Fabrizio Romano bu barədə sosial media hesabında məlumat yayıb.
"Ayntraxt" van de Beeki 11 milyon avro + 3 milyon avro bonus almaq hüququndan istifadə etməyəcək.
Xatırladaq ki, niderlandlı futbolçu qış "transfer pəncərəsi"ndə icarə əsasında "Ayntraxt Frankfurt"a keçib.
0
0