Vardi La Liqa yolunda
23.05.2025 - 18:58
Vardi La Liqa yolunda

“Lester”in hücumçusu Ceymi Vardi karyerasını "Valensiya"da davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

İspaniya klubunun baş məşqçisi Karlos Korberanın əsas transfer hədəflərindən biri məhz Vardidir.

Mütəxəssis hesab edir ki, ingilisin təcrübəsi və hücumçu kimi bacarığı komandaya faydalı olacaq.

Qeyd edək ki, Vardi yayda hazırkı komandasını tərk edərək azad agent statusu daşıyacaq.