Veratti Qətərdə klubunu dəyişib - RƏSMİ
08.07.2025 - 10:53

"Əl-Ərəbi"dən ayrılan Marko Verratti Qətərdə klubunu dəyişib.
Apasport.az xəbər verir ki, italiyalı futbolçu "Əl-Duhail"ə transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Əl-Ərəbi" Marko Verrattini 2023-cü ilin yayında PSJ-dən 45 milyon avroya transfer etmişdi. İtaliya millisinin sabiq üzvü Qətər təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0