Veyqa İspaniya klubunun hədəfində
20.08.2025 - 14:02
Veyqa İspaniya klubunun hədəfində

"Çelsi"nin futbolçusu Renato Veyqa komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, "Vilyarreal"a keçməyə yaxındır.

22 yaşlı müdafiəçi İspaniya klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Tərəflər arasında danışıqlar prosesi davam edir. "Zadəganlar" portuqaliyalı oyunçu üçün 40 milyon avro istəyir.

Qeyd edək ki, Veyqanın "Çelsi" ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.