Villian “Fulhem”i tərk etdi
05.06.2025 - 13:56

Villian "Fulhem" klubundan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçunun bitən müqaviləsi yenilənməyib.
Hücumameylli yarımmüdafiəçi komandanı azad agent olaraq tərk edib.
Qeyd edək ki, o, bu mövsüm 12 matçda meydana çıxıb.
0
0