“Vinisius və Rodriqo ilə oynamaq çox asandır” – Mbappe
15.08.2024 - 13:56
La Liqa təmsilçilərindən “Real”ın hücumçusu Kilian Mbappe komanda yoldaşları barədə danışıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Vinisius və Rodriqo ilə oynamağın çox asan olduğunu bildirib:
“Vinisius və Rodriqo ilə oynamaq çox asandır, çünki onlar əla oyunçulardır. Eyni şey Cud Bellingem üçün də keçərlidir. Onlarla eyni komandada olmaq çox xoşdur”.
25 yaşlı forvard “kral klubu”nda debütünü UEFA superkubokunda “Atalanta” ilə matçda (2:0) edib. O, ilk dəqiqələrdən meydanda olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0