Viti İtaliya yolunda
22.06.2025 - 20:59
Viti İtaliya yolunda

"Fiorentina" heyətini yeni futbolçu ilə gücləndirəcək.

Apasport.az xəbər verir ki, klub "Nitsa"nın futbolçusu Mattia Viti ilə razılaşıb. 

Florensiya təmsilçisi 23 yaşlı müdafiəçini icarəyə götürəcək.

Müqavilədə 4,5 milyon avro dəyərində məcburi olmayan transfer hüququ və gələcək satışdan 15 faiz pay maddəsi nəzərdə tutulub.

Qeyd edək ki, Mattia Viti başa çatan mövsümdə icarə əsasında "Empoli"də çıxış edib.