Volkan Demirelin yeni ünvanı müəyyənləşib
06.03.2026 - 19:53
Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Volkan Demirel çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, “Gənclərbirliyi”nə son olaraq Levent Şahin rəhbərlik edib.
0
0