Vüsal İsgəndərlinin komandası baş məşqçi ilə yollarını ayırıb
04.09.2024 - 13:00
Vüsal İsgəndərlinin komandası baş məşqçi ilə yollarını ayırıb

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin "Boluspor" klubu baş məşqçisi Serhat Gülpınarla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda mütəxəssislə görüşdən sonra bu qərarın qəbul olunduğunu açıqlayıb.

Qeyd edək ki, "Boluspor" 4 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.

0