Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
21.10.2025 - 16:46
Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"

"Real Madrid"in baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Yuventus" oyunu öncəsi mətbuat konfransında açıqlamalar verib.

Apasport.az xəbər verir ki, ispan baş məşqçi türkiyəli futbolçu Arda Güler barəsində bunları deyib: 

“Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır. Quti oyun qurmaqda və son ötürməni verməkdə istedadlı idi, Mesut da eləydi. Mən Mesutu həqiqətən çox bəyənirdim, onunla oynamaqdan çox zövq alırdım. Ardanı meydanda nə qədər çox tapsaq, oyun səviyyəmiz yüksəlir. Arda Gülerdən çox razıyam”.

Xabi Alonso rəqib komandada forma geyinən Türkiyə millisinin üzvü Kenan Yıldızın çıxışını da dəyərləndirib: 

“Yuventus"da çox yaxşı futbolçular var və Kenan Yıldız onlardan biridir. Fantastik bir inkişaf göstərdi. Kenanı çox yaxşı tanıyıram. Mən "Bayern"də oynayarkən Kenan da orada idi. Kenanın irəliləyişini izləmək məni həqiqətən çox xoşbəxt edir”.

Qeyd edək ki, "Real Madrid"lə "Yuventus" arasında keçiriləcək Çempionlar Liqasının 3-cü tur oyunu sabah saat 22:00-da start götürəcək.