Xabi Alonso: "Modriç əfsanəvi oyunçudur"
18.06.2025 - 08:32
Xabi Alonso: "Modriç əfsanəvi oyunçudur"

"Real"ın baş məşqçisi Xabi Alonso mətbuat konfransında Luka Modriçlə bağlı sualı cavablandırıb.

Apasport.az "Madrid Universal"a istinadla xəbər verir ki, Alonso Modriçin gənc oyunçulara motivasiya verdiyini bildirib: 

"Modriçlə çox yaxşı münasibətim var, onun gənc futbolçulara böyük təsiri var. "Real Madrid"də qaldığı son 3-4 həftə ərzində Lukanın oyunundan həzz almalıyıq. O, əfsanəvi oyunçudur".

Luka 2012-ci ildən "Real Madrid"də çıxış edir. Modriç Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra Madrid klubunu tərk edəcək.