
“Real Madrid”in yeni baş məşqçisi Xabi Alonso son matçlarda əsas heyətdəki yerini itirən Rodriqo ilə bağlı açıqlama verib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Klublararası Dünya Çempionatında cəmi bir matçda start heyətdə yer alan braziliyalı futbolçunun komandadan ayrılacağına dair bir sıra şayələr yayılmışdı.
PSJ ilə oyundan (0:4) sonra Xabi Alonso onun komandadakı gələcəyi ilə bağlı fikirlərini bildirib: “Ona şans verməməyimizin səbəbi oyunla bağlıdır. Vəziyyət belə alınıb ki, biz başqa oyunçuya şans verməyi üstün tutmuşuq. Rodriqonun gələcək taleyi ilə bağlı hələ heç bir qərar verməmişik. Sadəcə taktiki sxemdəki dəyişikliklər fərqli heyətlə meydana çıxmağımıza səbəb oldu. Biz bir komanda kimi oynayan və bu hissi, ruhu qoruyub saxlayan kollektiv qurmaq istəyirik”.
Qeyd edək ki, 24 yaşlı braziliyalı futbolçu Klublararası Dünya Çempionatında cəmi 3 oyunda iştirak edib. Onlardan birində start heyətdə, digər oyunlarda isə ehtiyatdan meydana daxil olub. Rodriqo bu qarşılaşmalarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.