Xavi və Pioli "Roma"nın təklifini rədd edib
24.09.2024 - 15:58
Xavi və Pioli "Roma"nın təklifini rədd edib

Seriya A klublarından “Roma” Daniele De Rossinin baş məşqçi postundan gedişindən sonra iki mütəxəssisə təklif göndərib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, klub Xavi Hernandez və Stefano Pioli ilə maraqlanır.

Lakin hər iki mütəxəssis “canavalar”ın təklifindən imtina edib. Onların qərarından sonra “Roma” İvan Yuriçi baş məşqçi postuna gətirib.

Qeyd edək ki, sentyabrın 18-də “Roma” Daniele De Rossinin komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını açıqlamışdı. 

0