Xavi yenidən Messi ilə BİR ARADA?
17.04.2026 - 15:30
"İnter Mayami" yeni baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, klub bu posta əsas namizədlərini müəyənləşdirib.
MLS təmsilçisinin siyahısında iki əsas ad var. Bunlar Xavi və Marselo Qalyardodur.
"Barselona"nın sabiq kapitanı hazırda işsizdir. O, 24 may 2024-cü ildə Kataloniya klubundan ayrılıb.
Qalyardo isə fevral ayında "River Pleyt"in baş məşqçisi postunu tərk edib.
Qeyd edək ki, "İnter Mayami" 3 gün öncə Xavyer Maskerano ilə yollarını ayırıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0