Azərbaycan milli komandasının “Donbas kuboku” turnirində iştirak edəcək heyəti müəyyənləşib
19.03.2008 - 18:28
Bakı. Kənan Həsənov - APA-Sport. Martın 26-da Ukraynanın Donetsk şəhərində start götürəcək gənclər arasında beynəlxalq turnirdə yeddi Azərbaycan boksçusu iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Şamil Əlimcanov məlumat verib. Onun sözlərinə görə, martın 23-də Ukraynaya Elvin Məmişzadə (51 kq), İlkin Ağayev (54 kq), Qismət Eynullayev (60 kq), Anar Cəfərov (64 kq), Fərid Möhsümov (69 kq), Rəşad Müslümov (75 kq) və Fərid Paşayevi (+91 kq) aparacaq. “Donbas kuboku” adlanan turnirin mükafatçılarının yekun siyahısı martın 30-da müəyyənləşəcək.
1
0