Qrodzisk. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlunun çıxış etdiyi Polşanın “Qrotslin” klubu ölkə çempionatında ikinci pilləni əldən verib. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı futbolçunun komandası 22-ci turda öz meydanında “Krakoviya” ilə heç-heçə edib – 0:0. S. Yunisoğlu bu matçda çıxış etməyib. İki xal itkisindən sonra hesabında 45 xal olan “Qrotslin” 3-cü yerə enib. Hazırda “Visla” 58, “Lügiya” 46 xalla Qrodzisk klubunu qabaqlayır. Qeyd edək ki, milli komandanın heyətində Litva ilə oyunda çıxış edəcək müdafiəçi bu gecə vətənə qayıdıb.
- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"