Yamal Çempionlar Liqasının tarixinə düşüb
22.10.2025 - 20:55
Yamal Çempionlar Liqasının tarixinə düşüb

“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Apasport.az xəbər verir ki, o, turnirdə 25 oyuna ən tez çatan futbolçu olub.

18 yaşında “Olimpiakos”la matçda iştirak edən vinger rekorda yiyələnib.

Bundan əvvəlki rekordçu PSJ-nin futbolçusu Zair-Emeri idi. O, 19 yaşında 25 oyuna çatıb.