Yamaykalı futbolçu daha 2 il “Tottenhem”də - RƏSMİ
20.06.2025 - 18:20
Yamaykalı futbolçu daha 2 il “Tottenhem”də - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem" yetirməsi Dante Kassanova ilə müqaviləsini yeniləyib.

Apasport.az xəbər verir ki, komanda  20 yaşlı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, yamaykalı futbolçu 2020-ci ildən "Tottenhem"in alt yaş kateqoriyalarında çıxış edir.