Yaponiya millisinin üzvü "Tottenhem"də - RƏSMİ
08.07.2025 - 12:12

"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Yaponiyanın "Kavasaki" klubunda çıxış edən Kota Takaini transfer edib.
Bu barədə londonluların mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yaponiya millisinin üzvü olan Takai "Kavasaki" klubunun yetirməsidir. O, bu komandanın heyətində meydana çıxdığı 81 rəsmi oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0