Türkiyədə "Beşiktaş", "Fənərbaxça" kimi klubların formasını geyinmiş Tolqay Arslan yeni komandası "Sanfrecce Hiroşima"da ikinci oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Yaponiya liqasının 26-cı turunda sonradan meydana daxil olan türkiyəli futbolçu dubl edərək komandasına qələbə qazandırıb.
0:0 hesabı davam edərkən 63-cü dəqiqədə meydana daxil olan futbolçu 78 və 85-ci dəqiqələrdə rəqib "Cerezo Osaka"nın qapı torunu havalandırıb.
"Hiroşima" bu qələbə ilə xalını 46-ya çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Komanda lider "Maçida"nın 3 xal gerisindədir.
Qeyd edək ki, Tolqay Arslan Yaponiyaya ötən ay Avstraliyadan gəlib. O daha əvvəl "Melbrun Siti"nin şərəfini qoruyurdu.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab