Yaşar Kamal Uğurlu hakimliklə vidalaşıb
05.02.2025 - 13:24
Türkiyə Super Liqasında və Avropada bir çox matçları idarə edən Yaşar Kamal Uğurlu hakimliklə vidalaşıb.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsi məlumat yayıb:
"Karyerasına 2002-ci ildə başlayan və 2025-ci ilə qədər Türkiyədə peşəkar liqalarda ümumilikdə 576 matçda iştirak edən Yaşar Kamal Uğurlu hakimliklə vidalaşıb".
Qeyd edək ki, MHK yaxın günlərdə Uğurlunun hakimlik dərəcəsini aşağı səviyyəyə salmışdı.
0
0