Yaşari “Milan” yolunda
04.08.2025 - 23:56
Yaşari “Milan” yolunda

"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi Ardon Yaşari ilə danışıqları yekunlaşdırıb.

"Rossonyerilər" 23 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi "Brügge" ilə ortaq məxrəcə gəlib.

Yaşari "Milan"la 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ardon ötən mövsüm Belçika çempionatında 35 oyunda 3 qol və 4 ötürmə ilə fərqlənib.