Yıldız "Barselona"nın hədəfində
23.02.2025 - 22:52

"Yuventus"da ayrılıq yaşana bilər.
Apasport.az xəbər verir ki, komandanın hücumçusu Kenan Yıldız "qoca sinyora"nı tərk etməyə yaxındır.
Onunla "Barselona" yaxından maraqlanır.
İtaliya təmsilçisi onun üçün böyük məbləğ istəyəcək. Turin klubunun 19 yaşlı oyunçu üçün 80 milyon avro tələb etdiyi bildirilir. "Barselona" bu transfer üçün bir neçə futbolçusu ilə yollarını ayırmalıdır.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində 37 matça çıxaraq 6 qol vurub və 5 qolun ötürməsini edib. Onun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
0
0