Yoviç rəsmən Yunanıstan klubunda
05.08.2025 - 15:24

Son olaraq “Milan”da çıxış edən Luka Yoviçin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, serbiyalı hücumçu Yunanıstanın AEK klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Razılaşmaya əsasən, 27 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luka Yoviç karyerası ərzində “Benfika”, “Ayntraxt Frankfurt”, “Real Madrid” və “Fiorentina” kimi klubların da formasını geyinib.
0
0