“Yunayted” 39 yaşlı qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ
27.06.2025 - 13:22

İngiltərə Premyer Liqası komandalarından "Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" qapıçı Tom Hiton ilə razılaşma əldə edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı ingiltərəli qapıçı ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Tom Hiton 2021-ci ildən “Mançester Yunayted”in heyətində çıxış edir.
0
0