"Yunayted" İtaliya millisinin üzvü ilə maraqlanır
09.02.2026 - 23:27
İtaliya millisi və “Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli ilə karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” italiyalı oyunçu ilə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, Turin təmsilçisi 28 yaşlı oyunçunu uyğun təklif gələcəyi təqdirdə buraxmağa hazırdır.
Qeyd edək ki, Lokatelli "Yuventus"un heyətində bu mövsüm 31 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
0
0