“Yunayted” utanılası tilsimi qırdı: 6 ildən sonra ilk dəfə
06.01.2025 - 15:52
İngiltərə klublarından “Mançester Yunayted” 6 illik həsrətə son qoyub.
Apasport.az xəbər verir ki, Premyer Liqanın XX turunda “qırmızı şeytanlar” səfərdə “Liverpul”la 2:2 hesablı heç-heçəyə razı olub.
Komanda bununla da “Enfild”də 6 ildən sonra ilk dəfə qol vurmağı bacarıb.
Sonuncu dəfə 2018-ci ildə Cessi Linqard (3:1) “mersisaydlıların” qapısına yol tapmağı bacarmışdı.
Qeyd edək ki, “Maçester Yunayted” 23 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0