Yürgen Klopp ordenlə təltif olundu
01.10.2024 - 19:23
Yürgen Klopp ordenlə təltif olundu

Almaniya prezidenti Frank-Valter Ştaynmayer sabiq baş məşqçi Yürgen Kloppu ordenlə təltif edib.

Apasport.az xəbər verir ki, Dortmund "Borussiya"sı və "Liverpul"un keçmiş çalışdırıcısı xidmətlərinə görə ordenə layiq görülüb.

Qeyd edək ki, 57 yaşlı mütəxəssis "Liverpul"un baş məşqçisi postunu tərk etdikdən sonra karyerasını başa vurub.

0