
"Yuventus" Avropanın bir çox klubunun transfer siyahısında yer alan Kenan Yıldızla yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az "La Gazzetta dello Sport" nəşrinə istinadla xəbər verir ki, A Seriyası nəhəngi türkiyəli vingerin illik 6 milyon avroluq maaş tələbini qəbul edib.
Turin təmsilçisi yaxın vaxtlarda Türkiyə millisinin üzvü ilə yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. 20 yaşlı futbolçu bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qqalıb.