“Yuventus” Vlahoviçi gözdən çıxarıb - Yeni ünvan adadır
15.01.2025 - 21:28

İtaliya A Seriyası komandalarından "Yuventus" Duşan Vlahoviç ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, serbiyalı futbolçu Turin təmsilçisinin baş məşqçisi Tiaqo Mottanın planlarına daxil deyil.
Forvard ilə İngiltərə təmsilçisi “Arsenal” yaxından maraqlanır.
“Qoca sinyora” ada klubundan uyğun təklif gələcəyi təqdirdə, oyunçu ilə yollarını ayıracaq.
Serbiya millisinin üzvü hazırkı klubundan illik 12 milyon avro qazanır.
Qeyd edək ki, 24 yaşlı hücumçunun “Yuventus”la müqaviləsi 2026-cı ildə bitəcək.
- "İnter" Luis Henrikeni transfer etməyə yaxındır
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
0
0