“Yuventus”da yeni müqavilə
03.03.2026 - 11:26
“Yuventus” futbolçusu Ueston Makkennini komandada saxlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı cinah oyunçusu ilə sözləşmənin müddəti 2030-cu ilin yayına kimi artırılıb.
Makkenni 2020-ci ildən “Yuventus”da çıxış edir. O, 220 oyunda 26 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
0
0