"Yuventus"dan gözlənilməz həmlə: "Barselona"nın yetirməsini istəyir
18.06.2026 - 18:25
"Selta"nın yarımmüdafiəçisi İlayş Moriba karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Yuventus" maraqlanır.
Turin təmsilçisi uzun müddətdir Moribanın çıxışını yaxından izləyir.
"Yuventus"un yay transfer pəncərəsində futbolçu üçün rəsmi addım atacağı gözlənilir.
Qeyd edək ki, Qvineya millisinin üzvü "Barselona" akademiyasının yetirməsidir. Moriba 2024-cü ildən "Selta"da çıxış edir.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0