“Yuventus”dan hücumçu transferi - 18 milyonluq anlaşma
01.07.2026 - 16:51
“Yuventus”dan hücumçu transferi - 18 milyonluq anlaşma

“Yuventus” “Cenoa”nın hücumçusu Ceff Ekxatoru transfer etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Turin klubu 19 yaşlı futbolçunun keçidi ilə bağlı tam razılıq əldə edib.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Transferin məbləği 16 milyon avro təşkil edəcək. Müqavilədə daha 2 milyon avroluq bonuslar da nəzərdə tutulub.

Razılaşmanın bir hissəsi kimi avstriyalı müdafiəçi David Puçka “Cenoa”ya keçəcək.

Qeyd edək ki, Ceff Ekxator 2025/2026 mövsümündə bütün turnirlərdə 32 matça çıxıb və 4 qol vurub. Onun “Cenoa” ilə müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir. Futbolçunun yaxın günlərdə tibbi müayinədən keçmək üçün Turinə yollanacağı gözlənilir.