“Yuventus”dan Paredes qərarı
02.12.2022 - 14:18
“Yuventus”un Leandro Paredeslə bağlı qərarı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu argentinalı yarımmüdafiəçini transfer etməyəcək.
PSJ-dən icarəyə götürülən cənubi amerikalının oyunu klub rəhbərliyini razı salmayıb. Bu üzdən də turinlilər icarə müqaviləsində transfer üçün göstərilən 22,6 milyon avronu ödəmək niyyətində deyil.
Qeyd edək ki, bu ilin avqustundan icarədə olan 28 yaşlı futbolçu 19 oyunda 3 assistə imza atıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0