"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi Nauel Molina ilə yaxından maraqlanır.
İtaliya klubu 27 yaşlı müdafiəçinin transferi ilə bağlı "Atletiko" ilə danışıqlara başlayıb.
"Qoca sinyora"nın baş direktoru Damien Komolli İqor Tudorun rəhbərliyi altında 3-4-2-1 sxemində oynaya biləcək futbolçu axtarışına çıxıb. O, nəticədə Molinanı transfer etməyə qərar verib.
Madrid klubu argentinalı üçün 25-30 milyon avro tələb edib ki, bu da italyanlar üçün çox yüksək məbləğdir. "Yuventus" qiyməti aşağı salmağı və ya Naueli icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Molina ötən mövsüm La Liqada 30 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA