"Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO
21.07.2026 - 13:58
"Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO

"Yuventus" 2026/2027 mövsümü üçün yeni səfər formasını ictimaiyyətə təqdim edib.

Apasport.az xəbər verir ki, adidas tərəfindən hazırlanan forma klubun tarixi çəhrayı rəngini yenidən ön plana çıxarır.

Dizaynda qara detallar, klassik adidas loqosu və Juventusun retro üslublu zebra emblemi yer alıb.

Çəhrayı rəng "Yuventus"un ilk illərində istifadə etdiyi əsas forma rəngi olub.

Klub son illərdə də bu tarixi rəngi vaxtaşırı səfər formalarında yenidən təqdim edir.

Yeni səfər formasının təqdimatında komandanın kapitanı Kenan Yıldız da iştirak edib.