“Yuventus”un yetirməsi “Fiorentina”da - rəsmi
05.02.2025 - 00:58
“Yuventus”un yetirməsi “Fiorentina”da - rəsmi

“Yuventus”un yarımmüdafiəçisi Nikolo Facioli komandadan ayrılıb.

Apasport.az xəbər verir ki, Turin təmsilçisinin yetirməsi olan 23 yaşlı futbolçu icarə əsasında “Fiorentina”ya keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin üzvü mövsümün sonuna kimi “bənövşəyilər”in şərəfini qoruyacaq.

Tərəflər arasında razılaşmaya əsasən, "Fiorentina" oyunçu üçün qarşı tərəfə 2,5 milyon ödəniş edəcək.

Qeyd edək ki, Facioli bu mövsüm “qoca sinyora”nın heyətində 22 matçda iştirak edib.

0