Zaniolo “Fiorentina”da - rəsmi
03.02.2025 - 19:30
İtaliya A Seriyası komandalarından "Fiorentina" heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub "Qalatasaray"dan Nikolo Zaniolonu transfer edib.
Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu iyun ayına kimi icarə əsasında "Fiorentina"da çıxış edəcək.
Xatırladaq ki, Zaniolo mövsümün ilk hissəsini "Atalanta"da çıxış etmişdi.
0
0